AZ

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəşad MƏCİD"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Prezident İlham Əliyev öz yüksək enerjisi və dinamik fəaliyyəti ilə heyrətləndirməkdə davam edir. Dünən cənab Prezident "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunan müşavirə keçirmişdi.

Bu gün isə artıq Tərtərdə və Ağdərədə sevindirici açılışlarda, önəmli tədbirlərdə iştirak edib. Paytaxtdakı vacib tədbirlər öz yerində, etiraf edək ki, qışın bu soyuq günlərində Qarabağın bölgələrini gəzmək, aparılan işlərlə yerindəcə tanış olmaq üçün xüsusi şövq və enerji lazımdır. Dövlət başçısının təkcə bir neçə saat ərzində etdiyi açılışların, baş çəkdiyi obyektlərin zəngin siyahısı istər-istəməz xoş heyrət doğurur. Bu qısa vaxt ərzində cənab Prezident Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş Kəmalə Dadaşovanın ailəsinə baş çəkərək yaşayış şəraiti ilə maraqlanıb. Prezident həmçinin Heyvalı kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkib, yeni evdə yaradılmış şəraitlə tanış olub. Dövlət rəhbəri bu dəqiqələrədək Ağdərənin Heyvalı, Çıldıran, Canyataq, Aşağı Oratağ kəndlərinə baş çəkib. Tərtər Elektromexanika Zavodunun ardınca "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışını edib, "Dəmirli" Filiz Emalı Kompleksindəki işlərlə tanış olub.

Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir sürətli və hərtərəfli inkişafı, xüsusilə Qarabağın, Şərqi Zəngəzurun günbəgün abadlaşması ilk növbədə Prezident İlham Əliyevin bu müstəsna enerjisi və gücü sayəsində gerçəkləşir.

Şövqünüz də, gücünüz-qüdrətiniz də tükənməsin, cənab Prezident!

lll

Dünyada insanları sevindirməkdən gözəl nə var?

lll

Vyana Filarmoniyası orkestrinin ənənəvi Yeni il konsertinin sədaları altında mürgüləmək.

lll

Tədbir tədbirə qarışanda yadda qalanı olmur.

lll

Sosial medianın yaratdığı acı reallıq:

"Gərək elə yaxşı səyləyəsən ki, bəyənsinlər. Ağıllı söz deməklə, diqqət cəlb eləmək çətindir".

lll

"Sən çox xeyirxah adamsan.

İçin başqadır sənin! Onu həmişə qoru!

Sənin uğurların qanunauyğundur, sənin böyük ürəyin var, sən bunun mükafatını alırsan və alacaqsan da!"

Belə bir dua-alqış!

lll

Əfsanələr gərək yaşasın!..

lll

Hay-küydən sonrakı dərin sükut!

lll

Sosial şəbəkələrin tüğyan edən şər-böhtanından heç kim sığortalanmayıb...

lll

Yarımçıq baxdığın filmin ardını 40 il sonra izləmək.

lll

Sosial media dövründə tənhalıqdan şikayətlənmək səmimi görünmür. Hamı eyni çətirin altındadır.

Hamı birlikdədir və tənhadır?

lll

İndi ən güvənilməli, ən dəqiq xəbərlər hava proqnozlarıdır.

Siyasi proqnozların çoxu təxəyyül, uydurma və arzudur.

lll

Bəzi tanınmış şəxslərin təhqir, söyüş və həqarət dolu statuslarını görəndə düşünürsən ki, bunu ağlı başında olan adam yazmaz. Və bu adamdan çox ağlı başdan alan səbəbləri qınayırsan. Bilirsən ki, bir az keçəcək, soyuq ağıl yerinə qayıdacaq və bu təhqir-söyüş dolu statusu özü siləcək.

lll

Uşaqları planşetlərin əlindən necə almalı?

Sualı tərsinə də vermək olar.

lll

Elə ilk kəlmədən, inci kimi sıralanmış sözlərin yaratdığı enerjidən, cümlənin doğurduğu emosiya və ovqatdan bilinir ki, bunu süni intellekt yazmayıb, yaza da bilməz.

Təşnəliklə oxumağa davam edirsən.

Dağ döşündə təmiz hava udurmuş kimi.

Dərmansız, təbii meyvədən bir dişləm alırmış kimi.

lll

Uca dağlara qar düşəndə soyuq hər yanda hiss olunur.

lll

Dinamik həyat, hədsiz informasiya, ünsiyyət çoxluğu.

Amma yaddaş hamısına yer eləmir.

Əslində ömür yadda saxladıqlarımızdır.

lll

Buludlar hərdən yönünü dəyişir, sinoptikləri çaşdırırdı.

lll

Volf Messinq və Anar

Məşhur telepat, hipnozçu, öncəgörən, psixoloji eksperimentlər ustası Volf Messinqdən söhbət düşür. Onun 2026-cı ilin 26 yanvarıyla bağlı proqnozları indi sosial şəbəkələri bürüyüb. Birdən Anar müəllim qayıdır ki, mən onu görmüşdüm: "1952-ci ildə atam, Ənvər Məmmədxanlı, bacım Fidan və mən Odessaya getmişdik. Onun konsert-tamaşasında iştirak etdik. Ənvəri münsiflər heyətinə dəvət etdilər. Atam da qabaq sırada oturmuşdu. Fidanla mən arxada idik. Yazılı suallar verirdilər. Zalı gəzib cavablayırdı. Bir də gördüm, mən tərəfə gəldi, biləyimdən tutdu. Enerjisini hiss edirdim. Məni qaldırdı, əlini biləyimdən çəkmədən atama tərəf apardı. "Sizin oğlunuz budu" - deyib atamın cibinə əlini saldı, deputat vəsiqəsini çıxardıb baxdı: "Bu, sənə hələ tezdi" - deyib yerinə qoydu.

Sən demə, atam sual-tapşırıq yazıbmış ki, mənim oğlum bu zaldadı, onu tapıb yanıma gətirə, cibimdən nəsə çıxarıb ona göstərə bilərsənmi?"

Və mən Xalq yazıçısı Anarın yaşadığı qeyri-adi ömrə, onun unikal yaddaşına bir daha heyrət edərək susub düşünməyə başladım...

lll

Bu soyuqda "Qarabağ"ın oyununu stadionda izləyən xanımların müsbət enerjisi və qələbə arzusu yerdə qalmamalıydı!

Təbriklər, "Qarabağ"!

lll

Metronun "Sahil" stansiyasının həndəvərində iki qəzet köşkü vardı. İndi onların yerinə yeni, işıqlı (?), müasir köşklər qoyulub. Birində "Poz-qazan" lotereyaları satılır, o birində elektron siqaretlər.

Nə qədər acı olsa da, qəzet və qəzet köşkləri tarixə çevrilir.

Zamanın kədərli diktəsi...

lll

"Alma qənimi" ümumiləşmiş obrazdır.

lll

Gecənin yarısında yazır ki, yeni ədəbi cərəyan yaratmışam, mənə dəstək ola bilərsinizmi?

lll

Deyəsən, süni intellekt təkcə futbolçuları əvəzləyə bilməyəcək...

lll

Bürokratiya həddən artıq çoxalıb.

lll

Ən az büdcə, ən çox istək!

lll

Tez-tez eşidilən tövsiyə: "Qənaət rejiminə keçin!"

lll

Anamın tapşırıqları:

"Bunları pişiklərə ver, çörəkləri islat ağacın altına qoy sərçələr yesin, pəncərəni də aç, güllərə hava dəysin".

lll

Məktəbdən öncə, valideyn və ailədəki mühit, ab-hava sorğulanmalıdır.

lll

Müsabiqəylə müsahibənin fərqini bilmir, jurnalistlərə ağıl öyrədir.

lll

İşlərinin çoxunu tıxacda görürdü.

lll

Bələdiyyələr vəsait toplayanda fəal və inadkardırlar, amma nə iş gördükləri barədə hesabat istəyəndə həvəssiz və ləng olurlar.

lll

Sərvət həm də adamlardır...

lll

Soyuq havada tədbir keçirməyin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
140
525.az

1Mənbələr