Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Bavariya”nın cinah oyunçusu Maykl Olise Bundesliqada yanvar ayının ən yaxşı oyunçusu seçilib.
İdman.Biz bu barədə Bundesliqanın rəsmi saytına istinadən bildirir.
Son bir ay ərzində fransız oyunçu liqada üç qol vurub və yeddi məhsuldar ötürmə edib. O, yanvar ayında keçirdiyi beş oyunun hər birində qol vurub. Olise daha əvvəl noyabr ayında Bundesliqanın ayın oyunçusu mükafatını qazanıb.
Bu mövsüm “Kristal Palas”ın keçmiş oyunçusu Münhen klubunda bütün yarışlarda 34 oyun keçirib, 13 qol və 22 məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun transfer dəyəri 130 milyon avrodur.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.