AZ

Niderland Rusiyaya qarşı "böyük münaqişə"yə hazırlaşır

Niderland Müdafiə Nazirliyi mümkün "genişmiqyaslı münaqişə"yə hazırlıq məqsədilə hərbi imkanlarını genişləndirəcək. Müdafiə Nazirliyinin dövlət katibi vəzifəsini icra edən Qeys Tuynman bu planları Niderland parlamentinə ünvanladığı məktubda açıqlayıb.

Məktubda qeyd olunur ki, nazirlik tezliklə Şimal dənizində təhlükəsizliyi təmin etmək üçün radar sistemləri, zirehli texnika və yaralıların daşınması üçün mobil xəstəxanalar kimi təchiz olunmuş xüsusi qatarlar almağı planlaşdırır. Orada vurğulanır ki, bu planlar silahlı qüvvələri mümkün genişmiqyaslı hərbi əməliyyatlara hazırlamaq və vacib infrastrukturun qorunmasını gücləndirmək məqsədi daşıyır. Tuynman "dəmir yolu xəstəxanaları"nın alınmasının səbəblərini izah edir: "Genişmiqyaslı münaqişə həmişə xeyli sayda yaralını əhatə edir". O qeyd edir ki, hazırda yaralıların daşınması üçün əsasən nəqliyyat vasitələri və hava təcili yardım maşınlarından istifadə olunur.

Müdafiə Nazirliyi həmçinin Almaniyadan Leopard 2 tankına əsaslanan Wisent 2 zirehli maşınlarını düşmən atəşi altında təmir etmək və təxliyə etmək niyyətini də açıqlayıb. Bu arada, donanma üçün radar sistemləri adı açıqlanmayan Hollandiya istehsalçısı tərəfindən təmin ediləcək və "neft və qaz platformalarını, sualtı boru kəmərlərini, külək elektrik stansiyalarını və rabitə kabellərini qorumaq" üçün istifadə edilə bilər.

Əziz MUSTAFA

Seçilən
19
oxumeni.az

1Mənbələr