AZ

Fransada qar uçqunu təhlükəsi: Ən yüksək risk səviyyəsi tətbiq edildi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransanın milli meteorologiya xidməti olan "Météo-France", ölkənin şərqində yerləşən Savoya (Savoie) departamentində qar uçqunu təhlükəsi ilə bağlı ən yüksək - qırmızı xəbərdarlıq səviyyəsi elan edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, xidmətin rəsmi açıqlamasında deyilir: "Cümə axşamı Haute-Tarantise bölgəsində və Monblan (Mont Blanc) dağı yaxınlığında ekstremal uçqun vəziyyəti müşahidə olunur".

Məlumata görə, bölgədə qar yağışının intensivliyi getdikcə artacaq. "Ici" radiostansiyası qeyd edir ki, Savoya regionunda qar uçqunu riski səbəbindən "qırmızı" həyəcan səviyyəsi sonuncu dəfə 17 il əvvəl tətbiq olunub.

Mütəxəssislər ekstremal hava şəraiti ilə əlaqədar yerli sakinləri və turistləri ehtiyatlı olmağa, dağlıq ərazilərə səfərlərdən çəkinməyə çağırıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
oxu.az

1Mənbələr