AZ

500 nəfərdən soruşdular İlk görüşdən sonra mesaj nə vaxt yazılmalıdır?

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Müasir tanışlıq münasibətlərində ən çox müzakirə olunan suallardan biri ilk görüşdən sonra qarşı tərəfə nə vaxt mesaj yazmağın daha doğru olmasıdır. Bu məsələ ilə bağlı aparılan yeni elmi araşdırma diqqətçəkən nəticələr ortaya qoyub.Demokrat.az xəbər verir ki, “Journal of Social and Personal Relationships” jurnalında dərc olunan tədqiqatda yaşı 18-dən 79-a qədər olan 543 nəfər arasında sorğu keçirilib. İştirakçıların əksəriyyəti Böyük Britaniya vətəndaşları olub.Araşdırmanın nəticələrinə əsasən, ilk görüşdən sonra mesaj yazmaq üçün ən uyğun vaxt ertəsi səhər hesab olunur. Mütəxəssislər bildirirlər ki, görüş bitən kimi mesaj göndərmək romantik görünsə də, bu addım qarşı tərəfdə münasibətə başlama həvəsini azalda bilər.Sorğuda iştirak edənlərin bir qismi həmin gün yazılan mesajı diqqət və maraq göstəricisi kimi qiymətləndirsə də, araşdırma bunun bəzən şəxsin həddindən artıq israrlı və ya diqqətə ehtiyaclı təsir bağışlamasına səbəb ola biləcəyini göstərib.Tədqiqat müəlliflərindən professor David Loşelder məşhur “üç gün gözlə” qaydasına da münasibət bildirib. Onun sözlərinə görə, bəzi populyar seriallarda görüşdən sonra üç gün gözləmək tövsiyə edilsə də, aparılan müşahidələr bunun effektiv olmadığını göstərib.Digər tədqiqatçı Lars Teyxmann isə qeyd edib ki, ayrıldıqdan dərhal sonra mesaj yazmaq arada güclü kimyanın olduğunu göstərə bilər. Lakin ilk əlaqə üçün daha balanslı seçim kimi ertəsi səhər tövsiyə olunur.Araşdırma həmçinin onu da üzə çıxarıb ki, görüşdən bir neçə gün sonra mesaj yazan şəxslər qarşı tərəfdə daha çox etibarsız və qeyri-ciddi təəssürat yaradır.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
demokrat.az

1Mənbələr