AZ

Luvr muzeyində bilet fırıldaqçılığı şəbəkəsi çökdürülüb

Luvr muzeyində bilet fırıldaqçılığı şəbəkəsi çökdürülüb

Fransa polisi Luvr muzeyində ziyarətçiləri aldadan genişmiqyaslı bilet fırıldaqçılığı şəbəkəsinə qarşı keçirdiyi əməliyyat nəticəsində 9 nəfəri saxlayıb. Saxlanılanlardan 2-nin muzey əməkdaşı olduğu bildirilir.

"France 24"ün məlumatına görə, muzey rəhbərliyi təhqiqatın polisinə etdikləri şikayət əsasında başladığını və əldə olunan sübutların mütəşəkkil, genişmiqyaslı fırıldaqçılıq şəbəkəsinə işarə etdiyini açıqlayıb.

"Le Parisien" qəzetində yer alan xəbərdə isə qeyd olunur ki, sözügedən fırıldaqçılıq şəbəkəsi 2024-cü ilin yayından fəaliyyətə başlayıb və əsasən Çindən gələn turistləri hədəf alıb. Cinayətkar qrupun üzvü olmaqda şübhəli bilinən 9 nəfər, o cümlədən 2 muzey işçisi hazırda polis nəzarətindədir.

Seçilən
58
afn.az

1Mənbələr