Almaniya Qərb müttəfiqlərinə Ukraynaya "Patriot" sistemləri üçün nəzərdə tutulmuş 35 PAC-3 raketi verməyi təklif edib.
RBC-Ukraine-ın məlumatına görə, Almaniyanın müdafiə naziri Boris Pistorius bunu "Ramşteyn" nəticələrinə həsr olunan mətbuat konfransında açıqlayıb.
"Görüşümüzün sonunda mən spontanno olaraq təklif etdim ki, tərəfdaş ölkələr cəmi 30 "PAC-3" raketi təmin edərsə, Almaniya Ukraynaya daha beş "PAC-3" raketi tədarük edəcək", - deyə o bildirib.
Öz növbəsində Ukraynanın müdafiə naziri Mixaylo Fedorov bildirib ki, ABŞ ilə "Patriot" üçün "PAC-2" və "PAC-3" raketlərinin alınması ilə bağlı iş aparılır. Ukrayna qüvvələrində hazırda bu cür raketlər yoxdur.
QAZİLER.AZ