Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirdiyi 3 saatlıq qapalı görüşdən sonra İranın nüvə proqramı və mümkün sazişlə bağlı danışıb.
“Qafqazinfo” xəbər verir ki, Netanyahu səfərdən geri dönərkən jurnalistlərə Donald Trampla çox səmimi və açıq bir söhbət etdiklərini bildirib.
Müzakirələrin əsas mövzusunun İranla danışıqlar olduğunu deyən Baş nazir rəsmi Tel-Əvivin bu məsələdəki skeptik mövqeyini qoruduğunu vurğulayıb:
“Prezident Tramp düşünür ki, iranlılar artıq kiminlə qarşı-qarşıya olduqlarını anlayıblar. O, yaradılan yeni şəraitin və Tehranın keçmişdə saziş bağlamamaqla necə böyük səhv etdiyini dərk etməsinin yaxşı bir razılaşma üçün zəmin hazırlayacağına inanır”.
Netanyahu Trampın onun fikirlərinə böyük önəm verdiyini qeyd edərək, İsrailin “qırmızı xətlər”ini bir daha xatırladıb:
“Mən istənilən razılaşmaya qarşı ümumi şübhələrimi gizlətmədim. Lakin bildirdim ki, əgər bir saziş əldə olunacaqsa, bu, təkcə nüvə məsələsini deyil, həm də ballistik raket proqramını və İranın regiondakı proksi qüvvələrini mütləq əhatə etməlidir. Bu, təkcə İsrail üçün deyil, bütün bölgə üçün həyati əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Donald Tramp da görüşdən sonra “Truth Social” hesabında İranla danışıqların davam etdirilməsində təkid etdiyini, lakin razılaşma mümkün olmadığı təqdirdə “Midnight Hammer” (Gecəyarı Çəkici) əməliyyatını xatırladaraq Tehranı ağır nəticələrlə hədələyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.