Tbilisi, 12 fevral, AZƏRTAC
Rusiya ilə Gürcüstan Abxaziyadan keçən dəmir yolu nəqliyyatının bərpasını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O, bildirib ki, Qafqazda zədələnmiş bütün yolların açılması, o cümlədən Rusiya Federasiyası ilə Gürcüstan arasında Abxaziya ərazisindən keçən dəmir yolu nəqliyyatının bərpası üzrə işlər aparılır.
Onun sözlərinə görə, Ermənistanın Erasxi bölgəsini Azərbaycanla eləcə də Axuryan bölgəsini Türkiyə ilə birləşdirəcək dəmir yolunun bərpası ilə bağlı danışıqlara başlanılıb. Bərpa işləri Rusiyanın Fars körfəzi və Hind okeanındakı limanlara çıxışı olan Azərbaycan, Türkiyə və İranla əlaqəsini təmin edəcək.
AZƏRTATC-ın xüsusi müxbiri
Tbilisi