AZ

I Liqanı salamlayan komanda onlar olmayacaq

«Qəbələ» 1 ayın içində çox dəyişib.

Üç-dörd transferin bir komandanın simasına necə müsbət toxunuş etməsini «Qəbələ»nin timsalında görməkdəyik.

Kənardan hər iş asan gəlir adama. Girirsən o işin içinə və anlayırsan ki, yox e, «halva-halva» deməklə ağız şirin olmur, əziyyətə qatlaşmalısan.

«Qəbələ» rəhbərliyi ən çətin dönəmdə Kaxaber Sxadadzenin arxasında dayandı. O dayanmaq, bu dayanmaq, gürcüstanlı baş məşqçi hələ də görəvinin icraatını davam etdirməkdədir.

Sxadadzenin yeni transfelərlə «Qəbələ»nin üst-başını toz-torpaqdan təmizləməsinin şahidi yalnız mən deyiləm. Qış fasiləsindən sonra ən çox «artıran» üç komanda varsa, biri «Neftçi»dir, biri də «Qəbələ».

Bu iki rəqibin duelində isə şans «Qəbələ»nin üzünə gülmədi. Gülmək nədir, bozardı lap! Prins Ovusunun iki epizodunu xatırlayaq və başımızı atıb yataq.

Qanalı hücumçunun son dəqiqələrdə 1 metr məsafədən boş qapı yerinə dirəyə çırpılan zərbəsi «Neftçi»ni «Qəbələ»nin əlindən aldı. Ən azından 1 xal qonaqların haqqı idi.

İndidən proqnoz verirəm, yazın bir yerə - mayda I Liqanı salamlayan komanda «Qəbələ» olmayacaq. Onların yeri 10-10 də deyil, daha da yuxarıdır.

ELNUR

Seçilən
25
sportinfo.az

1Mənbələr