AZ

Allahşükür Paşazadə Betsi Berns Kornla görüşdü

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

QMİ-dən Bakıvaxtı.az-a verilən məlumata görə, görüşdə Betsi Berns Korn böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə edib.

Azərbaycanın dinlərarası əməkdaşlıq sahəsində zəngin təcrübəsini, tolerantlıq mühiti, multikultural dəyərləri barədə məlumatlı olduqlarını və bu baxımdan Azərbaycanın dini mühiti ilə yerində tanış olmaq fürsətini yüksək dəyərləndirdiklərini ifadə edib.

Azərbaycanda keçirdikləri çoxsaylı görüşlər sırasında Azərbaycanın, Qafqazın dini lideri ilə görüşün xüsusi yer tutduğunu bildirən qonaqlar şeyxülislamdan Azərbaycanın tolerantlıq modeli barədə danışmasını və bu modelə dünyanın başqa ölkələrində necə nail olunması barədə fikir və mülahizələrini bölüşməsini xahiş ediblər.

Şeyxülislam A.Paşazadə Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq modelinin tarixi və müasir məqamlarına aydınlıq gətirib. Xüsusi vurğulayıb ki, tolerantlıq, etnik, dini tolerantlıq və konfessiyalararası mehriban münasibətlər Azərbaycanın həyati reallığıdır, bu bizim gündəlik həyat tərzimizdir və ölkəmizdəki dini konfessiyalar hər zaman – sevincli və kədərli günlərdə, Vətənimiz üçün mühüm məqamlarda bir yerdədirlər. 44 günlük Vətən müharibəsi dövründə bütün dini konfessiyalardan olan vətəndaşlarımızın dövlətin ətrafında sıx birləşməsi, Vətən torpağı uğrunda çiyin-çiyinə mübarizə apararaq şəhid olduqlarını xatırladan şeyxülislam Allahşükür Paşazadə müxtəlif din və etnik daşıyıcısı olan şəhidlərimizin müqəddəs xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını fəxarətlə qeyd edib.

Seçilən
9
2
bakivaxti.az

4Mənbələr