AZ

Müharibədə topçu olmuşam

Axsham.az saytına istinadən ain.az xəbər verir.

“Mən Birinci Qarabağ müharibəsində topçu olmuşam. Topçu dostlarım da var idi. Onlar Politexnik Universitetinin tələbələri idilər, hər dəqiqə yanlarında olurdum. Onları evimizə gətirirdim, anam paltarlarını yuyurdu. Atam məni axtaranda məni ancaq topçuların yanında tapırdı”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Eldəniz Məmmədov “Xəzər axşamı” verilişində deyib. Sənətçi Vətən müharibəsində döyüşmək üçün dəfələrlə müraciət etdiyini bildirib:

“İkinci Qarabağ müharibəsində də əlimdən gələn bütün yardımları etmişəm. Dəfələrlə müharibədə iştirak etmək üçün ərizə yazdım. Dedilər ki, ehtiyac olarsa, çağıracağıq, amma olmadı. Allaha çox şükür ki, müharibəmiz 44 günə başa çatdı. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
2
axsam.az

2Mənbələr