AZ

SOCAR keçən il 2 milyon tondan çox neft kimya məhsulları ixrac edib

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycandakı müəssisələrində istehsal olunan 2 milyon 168 min 942 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın 2025-ci ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 140 min 700 ton və ya 6,1 % azdır.

Qeyd edək ki, 2024-cü ildə SOCAR-ın ölkədəki müəssisələrində istehsal edilən 2 milyon 309 min 642 ton neft, neft-kimya və qaz-kimya məhsulları ixrac edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
3
oxu.az

4Mənbələr