AZ

Xamenei iranlılara müraciət etdi Yeri məlum deyil...

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın ali dini lideri Ayətullah Əli Xamenei naməlum məkandan yeni videomüraciət yayımlayıb.

Globalinfo.az xəbər verir ki, İran KİV-lərinin məlumatına görə, Xamenei İslam İnqilabının ildönümü münasibətilə dövlət tərəfindən təşkil olunan mitinqlərdə iştirak edən tərəfdarlarına təşəkkür edib.

O bildirib ki, keçirilən aksiyalar İran xalqını təslim olmağa məcbur etmək istəyən düşmənləri məyus hala salıb.

Xatırladaq ki, bir gün əvvəl İranın müxtəlif şəhərlərində on minlərlə insanın iştirakı ilə yürüş və mitinqlər keçirilib. Tədbirlərdə adi vətəndaşlarla yanaşı, ölkə prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqir Qalibaf da iştirak ediblər.

Tehranda iştirakçılar Azadi meydanına toplaşaraq İran bayraqları və ali lider Əli Xameneinin, həmçinin İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin portretlərini qaldırıblar. Aksiya zamanı “Amerikaya ölüm” və “Sionizmə ölüm” şüarları səsləndirilib.

Əliyar Xəlil

Globalinfo

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
134
globalinfo.az

1Mənbələr