AZ

Kosmosun tədqiqi zamanı yadplanetlilərlə qarşılaşa bilərik - Mask

Amerikalı milyarder İlon Mask hesab edir ki, müxtəlif ulduz sistemlərinin tədqiqi zamanı bəşəriyyət yadplanetlilər və digər sivilizasiyalarla qarşılaşa bilər.

"Unikal" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Aya kütləvi uçuşdan, sonra isə Marsa uçuşdan, bütün Günəş sistemimiz üzrə səyahətdən və nəhayət digər ulduz sistemlərinə uçuşdan daha möhtəşəm bir şeyi təsəvvür edə bilmirəm. Ola bilsin biz yadplanetlilərlə qarşılaşacağıq. Ola bilsin milyon illər mövcud olmuş sivilizasiyaları görəcəyik və qədim yadplanetli sivilizasiyaların qalıqlarını tapacağıq”, – deyə Mask "X" sosial şəbəkəsində bildirib.

Onun fikrincə, bunun üçün Ayda şəhərlər salmaq, eləcə də Maskın “katapultlar” adlandırdığı xüsusi buraxılış qurğuları inşa etmək lazımdır. Bu qurğular kosmosun tədqiqi üçün süni intellektlə təchiz olunmuş peykləri orbitə çıxaracaq.

Seçilən
36
4
unikal.az

5Mənbələr