ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə çempionatında liderliyini davam etdirən ''Qalatasaray''da yavaş-yavaş diqqətlər ''Yuventus''la mühüm qarşılaşmaya yönəlir. "Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasının pley-offu çərçivəsində baş tutacaq ilk oyun fevralın 17-də İstanbulda keçiriləcək. Düzdü, ondan öncə ''Cim-Bom''u hələ ''Eyüpspor''la oyun gözləyir. Amma məşqçilər korpusu indidən ''Yuve''ni hərtərəfli analiz etməyə başlayıb. Təsadüfi deyil ki, matç və performans analizini həyata keçirən Okan Burukun köməkçisi Serhat Doğan ötən həftəsonu 2:2 hesabı ilə bitən ''Yuventus'' - ''Latsio'' oyununu tribunadan təqib etmişdi. Buruk Doğanın raportunu dinlədikdən sonra bu oyunla bağlı planlar cızmağa başlayıb. Şübhəsiz, ''Yuventus''un ən təhlükəli isimlərinin başında Kənan Yıldız gəlir. Okan Buruk türkiyəli ulduzun qarşısını kəsmək vəzifəsini yeni transfer Saşa Boeyə tapşıracaq. Buna qədər mövsümün böyük hissəsində məcburiyyətdən sağ müdafiəçi kimi oynayan və heç də pis təsir bagislamayan macarıstanlı Ronald Şallai isə irəli - yarımmüdafiə xəttinə keçəcək. O, mərkəzdə Sara ilə Torreyraya yardım edəcək. Saşa Boe hazırda məşqlərdə durmadan çalışır. Fransalı futbolçu ilk dövrədə ''Bavariya''da 15 rəsmi oyunda cəmi 630 dəqiqə oynamaq şansı qazanıb. Yəni onun oyun praktikası ilə bağlı müəyyən sıxıntıları var. Boe fiziki cəhətdən güclənmək üçün xüsusi məşq proqramı ilə çalışır. Digər tərəfdən epizodları izləməklə Kənan Yıldızın da oyununu əzbərləməyə çalışır. Qeyri-adi bir şey baş verməsə, onun ''Yuventus''a qarşı hər iki oyunda start heyətində meydana çıxacağı gözlənilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.