AZ

Niger Fransa ilə müharibəyə hazırlaşır: Ölkədə səfərbərlik elan edilib

Niger prezidenti aparatının hərbi qərargah rəisi Amadu İbro ölkəsinin Fransa ilə müharibəyə getdiyini açıqlayıb.

Bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.

“Bilin ki, biz Fransa ilə müharibəyə gedirik. Əvvəllər müharibə vəziyyətində deyildik, indi isə Fransa ilə müharibəyə gedirik”, – deyə İbronun sözləri sitat gətirilib.

O, Parisi Nigerə qarşı hərbi əməliyyatlara başlamaq niyyətində olmaqda ittiham edib. İbronun sözlərinə görə, ölkədə Fransa ilə mümkün silahlı qarşıdurmaya hazırlaşmaq məqsədilə səfərbərlik elan olunub.

Seçilən
23
aznews.az

1Mənbələr