AZ

NATO rəhbərindən Putinə gözlənilməz jest: Makronun ideyasını dəstəklədi...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

NATO-nun Baş katibi Mark Rutte Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə təmasların bərpası ideyasını dəstəklədiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bunun yalnız müttəfiqlər arasında tam şəffaflıq və koordinasiya şəraitində mümkün ola biləcəyini vurğulayıb.

Rutte bildirib ki, Rusiya ilə münasibətlərdə yaranmış dalandan çıxmağa vaxtilə ABŞ yardım edib. Bununla yanaşı, Avropanın da bu prosesdə hansı rolu oynayacağı ilə bağlı müzakirələrin aparılmasını normal hesab etdiyini deyib.

“Rusiya ilə münasibətlərdəki dalandan çıxmağa ABŞ kömək edib. Lakin indi Avropanın nə edə biləcəyi ilə bağlı müzakirələr yaranır. Mən hesab edirəm ki, əgər bu müzakirələrdə avropalılar iştirak edəcəksə, məsələ tamamilə normaldır. Əminəm ki, hər şeyin birgə və əlaqəli şəkildə işləməsi üçün onlar tam açıq mövqe sərgiləyəcəklər”, – NATO rəhbəri vurğulayıb.

Baş katib əlavə edib ki, müttəfiqlər arasında həmrəylik və məlumat mübadiləsi istənilən diplomatik təşəbbüsün əsas şərti olmalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
globalinfo.az

1Mənbələr