"Sabah" yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Oyunçu paytaxtın digər klubu "Zirə" ilə anlaşıb. O, yeni komandası ilə cari mövsümün sonuna kimi müqavilə imzalayıb.
Nuriyev 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, "bayquşlar"ın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.