AZ

Polis Avropa Komissiyasının ofisinə basqın etdi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Avropa Komissiyasının (AK) Brüsseldə yerləşən mənzil-qərargahında axtarışlar keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, axtarışlar Belçika polisi tərəfindən Avropa Prokurorluğunun apardığı istintaq çərçivəsində həyata keçirilib. İstintaq tədbirləri Komissiyanın müxtəlif strukturlarını, o cümlədən büdcə departamentini əhatə edib.

Araşdırma Avropa Komissiyasının daşınmaz əmlak satışları ilə bağlıdır. Söhbət 2024-cü ildə baş tutmuş sövdələşmədən gedir. Həmin vaxt Belçikanın dövlət investisiya fondu SFPIM Avropa Komissiyasına məxsus 23 binanı 900 milyon avroya satın alıb. Sövdələşmə dövründə Yohannes Han büdcə üzrə Avropa komissarı vəzifəsini icra edirdi.

O zaman Avropa Komissiyası satışın Avropa İttifaqının maliyyə qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirildiyini bildirilib. Hazırda isə Komissiya nümayəndələri aparılan istintaq və axtarışlarla bağlı şərh verməkdən imtina ediblər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr