Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində ölkəmizdə səfərdə olan Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin (Growth Lab) nümayəndələri ilə görüş keçirilib.
BAKU.WS xəbər verir ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ölkəmizdə son illər həyata keçirilmiş sosial islahatlara dair məlumat verib.
Əmək münasibətlərinin elektronlaşdırılması sahəsində əldə olunmuş nailiyyətlər, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri diqqətə çatdırılıb.
Görüş zamanı əməkhaqlarında davamlı artımlardan da bəhs olunub, minimum əməkhaqqının əmək bazarına təsiri, məşğulluq göstəriciləri və sosial müdafiə mexanizmləri ilə qarşılıqlı əlaqəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Həmçinin əmək münasibətlərinin tənzimlənməsi sahəsində mövcud yanaşmalar və beynəlxalq təcrübə məsələləri müzakirə olunub.
Beynəlxalq İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri barədə də məlumat verilib. Qeyd olunub ki, Mərkəz ölkələrin iqtisadi inkişaf strategiyalarının formalaşdırılması istiqamətində hökumətlərlə əməkdaşlıq edən beynəlxalq tədqiqat və məsləhət qurumudur.
Bu çərçivədə ölkələrin real inkişaf potensialının müəyyənləşdirilməsi, iqtisadi artıma mane olan amillərin təhlili, eləcə də dayanıqlı inkişaf üçün zəruri siyasət istiqamətlərinin müəyyən edilməsi məsələlərinə toxunulub.
Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qalereya
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.