AZ

Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Moderator.az xəbər verir ki, görüş barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli gündəlikdə olan bir sıra aktual məsələlər müzakirə olunub.

Tərəflər 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannaməyə uyğun olaraq münasibətlərin daha da inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Qarşıdakı siyasi təmasların qrafikləri nəzərdən keçirilib və bir sıra regional və beynəlxalq mövzular müzakirə edilib.

Seçilən
7
6
moderator.az

10Mənbələr