AZ

Niger generalı əhalini Fransa ilə müharibəyə hazırlaşmağaçağırdı

Nigerin ən nüfuzlu hərbçilərindən biri, general Amadu İbro ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa çağırıb və Parisi Nigerdə sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.

Fevralın 11-də Nigerin paytaxtı Niameydə stadionda keçirilən mitinqdə çıxış edən İbro bildirib ki, Fransa “Nigerə qarşı müharibəyə başlamağa hazırlaşır”.

“Bilin ki, biz Fransa ilə müharibə aparacağıq, – deyə Niger prezidentinin xüsusi qərargah rəisi vəzifəsini tutan general vurğulayıb. – Əvvəllər müharibə aparmırdıq, amma indi Fransa ilə müharibə aparacağıq”.

İbronun bəyanatı mitinq iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Toplaşanlar “Fransaya yox” şüarları səsləndiriblər.

Bundan əvvəl Niger prezidenti Abdurrahman Tçiani Benin, Kot-d’İvuar və Fransa prezidentlərini yanvarın 29-na keçən gecə Niamey beynəlxalq hava limanına hücum etmiş silahlılara dəstək verməkdə ittiham edib.

Xədicə BAXIŞLI
 

Seçilən
32
1
redaktor.az

2Mənbələr