AZ

Doğrudanmı Nəriman hamıdan bahadı?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İki gündü ölkə futbolunun gündəmini Nəriman Axundzadə zəbt edib. 2024-ün fevralında “Braqa”nın qapısına vurduğu qoldan sonra şöhrətin zirvəsinə qalxan gənc hücumçu uğurun davamını gətirdi, obyektiv və subyektiv səbəblərdən vətəndə qınaq obyektinə çevrildi. Belədə xoşbəxtliyi okeanın o tayında axtarmağa qərar verdi ki, bu seçim də anlaşılandı. Və Nəriman futbol tariximizə başqa ölkənin klubuna ən baha qiymətə satılan futbolçu kimi düşdü. Təəssüf ki, bu məsələdə vahid məbləğ deyilmir. Hər halda, onun satış qiyməti 1,2 milyon avrodan 2,5 milyon avroya qədər dəyişir ki, bu məbləğlərin hər biri azərbaycanlı futbolçular üçün rekorddu. Bəs baha satılan başqa azərbaycanlılar kimlərdi?Şahruddin Məhəmmədəliyev. “Qarabağ”dan “Adana Demirspor”a - 900 min avro. Ramil Şeydayev. “Buriram Yunayted”dən “Kocaelispor”a - 800 min avro. Vəli Qasımov. Moskva “Dinamo”sundan “Betis”ə - 600 min avro. Musa Qurbanlı. “Qarabağ”dan “Yurqorden”ə - 500 min avro. Bəlkə də bu siyahıda o zaman “transfermarkt” dəyəri 2 milyon avroya qədər yüksələn Mahir Emrelinin olmasını gözləyirdiz. Lakin Mahir “Qarabağ”dan “Legiya”a azad agent kimi transfer olunub. MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
icma.az

2Mənbələr