Bu gün Azərbaycan 1-ci liqasında 14-cü tur start götürüb.
QOL.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
"Şahdağ Qusar" "Cəbrayıl"a, "Bakı Sportinq" MOİK-ə qalib gəlib. "Səbail" isə "Şəfa" ilə qolsuz heç-heçəyə razılaşıb.
12 fevral (cümə axşamı)
14:30. “Şahdağ Qusar” – “Cəbrayıl” - 4:2
Qol: Kvaku Adjey, 37; Peter Aqblevor, 42; Yelmar Aşurov, 50; Cavad Qurbanlı, 67 // Andzuno Eli, 34 ; Dileyn Açimi, 60-pen.
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə
Şamaxı OİK stadionu
14:30. “Bakı Sportinq” – MOİK - 2:0
Qol: Elşad Tağıyev, 53; Xəyyam Məmmədli, 90+4
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə
Buzovna qəsəbə stadionu
17:00. “Səbail” – “Şəfa” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev
“ASCO Arena”
13 fevral (cümə)
14:30. “Difai” – “Şimal”
14:30. “Mingəçevir” – “Zaqatala”
