AZ

Real”ın ulduzları sıradan çıxdı

“Real” növbəti oyun öncəsi ciddi itkilərlə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Raul Asensio və Kilian Mbappe son məşqdə iştirak etməyib. Asensionun qripə yoluxduğu bildirilib.

Mbappe isə ikinci gündür komanda ilə çalışmır və fərdi proqram üzrə hazırlıq keçir. Onun qarşıdakı matçı buraxmaq ehtimalı yüksəkdir.

Hazırda La Liqada 2-ci pillədə qərarlaşan Madrid təmsilçisi fevralın 14-də evdə “Real Sosyedad”la qarşılaşacaq.

Seçilən
136
idmanxeber.az

1Mənbələr