AZ

WUF13 mənzil sahəsində prioritetlərin müəyyən edilməsi üçün növbəti onillikdə əsas platformaya çevriləcək

WUF13 ölkələrin öhdəliklərini yerinə yetirməsini qiymətləndirmək və növbəti onillik üçün layiqli mənzil təminatı sahəsində prioritetləri müəyyənləşdirmək məqsədilə əsas platforma olacaq.

AzNews.az xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax 2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək dayanıqlı urbanizasiya üzrə BMT-nin ən böyük qlobal konfransı – WUF13-ə həsr olunmuş onlayn brifinqdə bildirib.

"WUF13 konfransdan daha çox olacaq. Bu, ölkələrə və tərəfdaşlara yerinə yetirilmiş öhdəlikləri qiymətləndirməyə, boşluqları müəyyən etməyə və növbəti onillikdə layiqli mənzil təminatı üçün prioritetləri təyin etməyə imkan verəcək nəzarət nöqtəsi olacaq", - o bildirib.

Onun sözlərinə görə, forumun mövzusu "Hamı üçün mənzil: təhlükəsiz və davamlı şəhərlər, icmalar" olacaq və bu, qlobal mənzil böhranının aktuallığını əks etdirir.

"Təxminən 3 milyard insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır, 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların sakinidir. 300 milyondan çox insan evsizliklə üzləşir. Bu böhran güclənir, bütün dünyada şəhərlərdə insan ləyaqəti, təhlükəsizlik, sağlamlıq və məhsuldarlığı sarsıdır", - Rossbax qeyd edib.

O vurğulayıb ki, normal mənzilin çatışmazlığı milyonlarla insanı iqlim riskləri qarşısında həssas edir. Xüsusən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayanlar bundan əziyyət çəkir. Daxili köçkünlərin, qaçqınların və miqrantların 60%-dən çoxu şəhərlərdə sığınacaq tapır, bu da mənzil sistemlərinə əlavə yük yaradır.

Seçilən
12
2
aznews.az

3Mənbələr