AZ

Fransa XİN-in yüksək rütbəli nümayəndəsi Minskdə səfərdə oldu

BAKI, 12 fevral. TELEQRAF

Fransa Xarici İşlər Nazirliyinin (XİN) Kontinental Avropa departamentinin direktoru Bris Rokfey Belarus tərəfinin dəvəti ilə fevralın 5-i və 6-da Minskə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat katibi Ruslan Varankov TASS-a açıqlamasında bildirib.

Səfər çərçivəsində fransalı diplomat Belarus xarici işlər nazirinin müavini İqor Sekreta ilə görüşüb. Danışıqlar zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bundan əlavə, B. Rokfey Belarusun ekspert-analitik dairələrinin nümayəndələri ilə də məsləhətləşmələr aparıb.

Ruslan Varankov qeyd edib ki, Belarus həm Fransa, həm də digər Qərb dövlətləri ilə müntəzəm işçi təmaslarını davam etdirir:

"İstər ikitərəfli kanallar vasitəsilə, istərsə də çoxtərəfli tədbirlər çərçivəsində aparılan dialoq çox vaxt konfidensial xarakter daşıyır. Biz qarşılıqlı hörmət prinsiplərinə əsaslanan və ortaq maraqlara xidmət edən bərabərhüquqlu dialoqa hər zaman açığıq".

Seçilən
13
teleqraf.com

1Mənbələr