AZ

Azərbaycan Ərəb dünyası münasibətləri: Siyasi və iqtisadi əməkdaşlıq gündəmdə

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahini qəbul edib.

Görüşdə Azərbaycanla ərəb ölkələri arasında siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq, islam həmrəyliyinin gücləndirilməsi və qarşılıqlı əlaqələrin gələcək inkişafı müzakirə olunub.

Azərbaycan–Ərəb ölkələri əməkdaşlığının hansı istiqamətlərdə daha da genişləndirilməsi prioritet sayıla bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Oruclu açıqlamasında deyib ki, Ərəb Parlamenti Ərəb Dövlətləri Liqasının qanunverici orqanıdır və Liqanın 22 dövlətinin hər birindən 4 nəfər nümayəndəliyin təmsilçiliyi ilə formalaşdırılır.

Ekspert vurğulayıb ki, Ərəb Dövlətləri Liqası beynəlxalq müstəvidə özünəməxsus rola malikdir və 500 milyon insaının yaşadığı çoğrafiyanı əhatə edir: 

“Ərəb Parlamenti islam dünyası arasında inteqrasiyanın və əlaqələrin genişləndirilməsi, həmçinin, qarşılıqlı etimadın yaradılması istiqamətində səylərini artırmaqdadır. Azərbaycan bir sıra ərəb ölkələri ilə sıx əməkdaşlıq edir və bu münasibətlər dinamik inkişaf mərhələsindədir".

Əli Oruclu: Ölkənin ərəb ölkələri ilə yaxınlaşması tarixi, dini-mənəvi bağları daha da möhkəm bağlayır

Onun sözlərinə görə, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrlə, yəni həm ərəb və islam dünyasında, həm də beynəlxalq aləmdə nüfuz sahibi olan dövlətlərlə tərəfdaşlıq edir: 

"İnvestisiya layihələri həyata keçirilir, beynəlxalq platformalarda bir-birilərini dəstəkləyirlər. Ərəb Parlamenti nümayəndələrinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşləri, aparılan müzakirələr formalaşmış münasibətlərə təkan verəcək. Ölkənin ərəb ölkələri ilə yaxınlaşması tarixi, dini-mənəvi bağları daha da möhkəm bağlayır”. 

Ə.Oruclu əlavə edib ki, aparıcı ərəb ölkələrinin bir sıra sahələrdə, qabaqcıl texnologiyaların tətbiqində, o cümlədən dəniz suyunun şirinləşdirilməsində və bərpa olunan enerji sahələrində zəngin təcrübələri var: 

“Azərbaycan da həmin sahələrdə yatırımlara önəm verməkdədir. Ərəb Parlamenti bu məsələlərdə də korpü rolu oynayacaq. Son bir il ərzində Parlamentin sədri Sahibə Qafarova və Ərəb Parlamentinin prezidenti arasında 4 görüş keçirilib. Bütün bunlar imkan verir ki, əməkdaşlıq üst səviyyəyə qaldırılsın və yeni mərhələyə qədəm qoysun”.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
bakivaxti.az

1Mənbələr