AZ

"Trabzonspor" - "Fənərbağça" derbisinin hakimi açıqlandı

Türkiyə Superliqasının 22-ci həftəsində baş tutacaq "Trabzonspor" və "Fənərbağça" arasındakı qarşılaşmanı idarə edəcək baş hakim müəyyənləşib.

Moderator.az-ın məlumatına görə, turun ən maraqlı qarşılaşmasını FIFA referisi Halil Umut Meler idarə edəcək.

Xatırladaq ki, fevralın 14-nə təyin edilmiş oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Trabzonspor - Fənərbağça derbisinin hakimi açıqlandı

Seçilən
18
moderator.az

1Mənbələr