AZ

Naxçıvan deputatları ilə bağlı yenilik

Bakı. Trend:

Naxçıvan Ali Məclisi deputatının etik davranış qaydalarıhaqqında qanunvericilik genişləndirilib.

Trend-inməlumatına görə, bu məsələ “Naxçıvan Muxtar Respublikası AliMəclisi deputatının etik davranış qaydaları haqqında” NaxçıvanMuxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”Qanunda öz əksini tapıb.

Belə ki, daha əvvəl deputatın etik davranış qaydalarıhaqqında qanunvericilik aşağıdakılardan ibarət idi:

  • Azərbaycan Respublikasının Konstitusiyası;
  • Naxçıvan Muxtar Respublikasının Konstitusiyası;
  • “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusuhaqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu;
  • Naxçıvan Muxtar Respublikası Ali Məclisinin DaxiliNizamnaməsi;
  • “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etikdavranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunuvə buna uyğun hazırlanan digər normativ hüquqi aktlar;

Qanunla “Korrupsiyaya qarşı mübarizə haqqında”Azərbaycan Respublikasının Qanunu da bu siyahıya əlavəedilib.

Bununla “Korrupsiyaya qarşı mübarizə haqqında” AzərbaycanRespublikasının Qanunu Naxçıvan Ali Məclisi deputatları üçün etikdavranış qaydaları haqqında qanunvericilik aktı hesab ediləcək.

Seçilən
25
8
az.trend.az

9Mənbələr