AZ

Rusiya Bakıdan qaçmış 1 nömrəli agentini Azərbaycana təhvil verir? FOTO

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Fransada yaşayan jurnalist Qənimət Zahid və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Mehdiyev işi” çərçivəsində axtarışa verilib. Bu prosesdə Rusiyaya köçmüş sabiq baş nazirin birinci müavini Abbas Abbasovun da axtarışa verildiyi bildirilir.

Sözügedən şəxslərin aqibəti necə olacaq? Fransa və Rusiya onları Azərbaycana təhvil verəcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Azərbaycanla Türkiyə arasında xüsusi bir müqavilə mövcuddur:

“Azərbaycan istədiyi şəxsi Türkiyədən tələb edə bilər və Ankara bunu sorğusuz yerinə yetirməlidir. Lakin Rusiya ilə belə bir müqaviləmiz yoxdur. Müqavilə olmadığı üçün Abbas Abbasovun bizə qaytarılacağı inandırıcı deyil. Strateji tərəfdaşlıq haqqında razılaşma mövcuddur, amma bu müqavilə Türkiyə ilə bağlanan müqavilə kimi konkret öhdəlikləri ehtiva etmir.

Heydər Oğuz

Bu işdə Rusiya öz maraqlarına uyğun addımlar ata bilər, ona görə də müəyyən tədbirləri icra etməməsi mümkündür. Onu da deyim ki, Abbas Abbasov Rusiyanın bir nömrəli agentidir. Onun geri qaytarılması mümkün görünmür”.

Heydər Oğuz əlavə edib ki, Fransa Fuad Qəhrəmanlı ilə Qənimət Zahidi Azərbaycana təhvil verməyəcək:

“Onlar orada sığınacaq alıblar. Fransa ilə Azərbaycan arasında da Türkiyə ilə olduğu kimi müqavilə yoxdur. Bilirsiniz, Gültəkin Hacıbəyli Türkiyədən Fransaya getmək istəyirdi, amma Türkiyə onu buraxmadı. Getsəydi, o da siyasi sığınacaq alacaqdı. Elə olsaydı, təbii ki, Fransa onu da Azərbaycana geri qaytarmazdı”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
1
globalinfo.az

2Mənbələr