AZ

Dostuna qarşı 153 min manatlıq dələduzluqda təqsirləndirilən 71 yaşlı kişiyə bəraət verilib

Dələduzluqda təqsirləndirilən 71 yaşlı Nazim Xudaverdiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Nazim Xudaverdiyevə irəli sürülən maddələr üzrə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilib.

Dövlət ittihamçısı N.Xudaverdiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Nazim Xudaverdiyev “Our Orchards” MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurmaqda ittiham olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə yekun ittiham elan olunub. N.Xudaverdiyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Seçilən
1
2
apa.az

5Mənbələr