Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Sabunçu rayonu ərazisində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Oxu.Az-ın məlumatına görə, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən açıqlama verilib.
Qeyd olunub ki, sözügedən məhdudiyyət planlaşdırılan təmir-bərpa işləri səbəbindən tətbiq edilir.
Məlumata əsasən, 14 fevral saat 07:00-dan başlayaraq 15 fevral saat 23:00-a qədər paytaxtın Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsi boyunca (Yavər Əliyev küçəsi ilə kəsişmədən Əhmədbəy Ağayev küçəsinə qədər olan aralıqda) avtomobillərin gediş-gəlişi tamamilə dayandırılacaq.
"Sürücülərdən aparılan yenidənqurma işlərini anlayışla qarşılamaları və göstərilən vaxt ərzində mənzilbaşına çatmaq üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə qurumun məlumatında vurğulanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.