AZ

Sürpriz isim: Rusiya Paşinyana əvəz tapdı

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Bu gün müxalif “Güclü Ermənistan” partiyasının qurultayı keçirilib.

Tədbirdə partiyanın sədri, hazırda həbsdə olan rusiyalı milyarder Samvel Karapetyanın iyun ayının 7-də keçirləcək parlament seçkilərində baş nazirliyə namizədliyini təsdiqləyib.

Qeyd edək ki, Samvel Karapetyan siyasi nüfuzuna görə müxalifətin əsas liderlərindən biri hesab edilir. Rusiyanın dəstəklədiyi Karapetyan parlament seçkilərində Rusiyanın dəstəklədiyi əsas fiqur kimi nəzərən keçirilir. Lakin son vaxtlar onun reytiqnin aşağı düşməsi hakimiyyətə gəlmək şansını xeyli azaldıb.

Dekabr ayında açıqlanan sonuncu rəy sorğularında respondentlərin yalnız 7 faizi Samvel Karapetyana səs verməyə hazır olduğunu bildirmişdi.

Karapetyanın mövqeyini zəiflədən digər arqument müxalifətin onun ətrafında birləşə bilməməsi və seçkilərə pərakəndə durumda getməsidir. 

Xüsusilə də sabiq prezident Robert Köçəryanın seçkilərdə Samvel Karapetyana rəqib kimi çıxış etməsi baş nazir Nikol Paşinyana alternativ siyasi düşərgənin parçalanmasına şərait yaradır. 

Ona görə də Köçəryanın liderlik etdiyi “Ermənistan” blokunun yenidən seçkilərdə iştirakı baş nazirin maraqlarına cavab verir. Bu baxımdan, seçkilər ərəfəsində hakimiyyətin Köçəryana təzyiqləri artıracağı inandırıcı görünmür. 6,8 faiz reytinqə malik “Ermənistan” bloku ilə demək olar ki, bərabər göstəriciyə malikdir.

Lakin Robert Köçəryanın komandası siyasi blok olduğuna görə, 7 faiz seçki baraından keçməlidir. Bu kontekstdə “Güclü Ermənistan”ın siyasi partiyalar üçün nəzərdə tutulmuş 5 faizlik seçki barajını keçməsi daha asan olacaq. 

Yəni Samvel Karapetyanın Robert Köçəryandan daha çox mandat qazanacağı ehtimal olunur. Lakin Karapetyanın parlamentdə ana müxalifət liderinə çevrilmək şansı azdır. Karapetyanın Rusiya vətəndaşı olması onun baş nazir olmasına hüquqi maneə yaradır. 

Ermənistan qanunvericiliyinə görə, xarici ölkə vətəndaşı yüksək dövlət vəzifəsi tuta bilməz. Samvel Karapetyanın qohumu və “Güclü Ermənistan” partiyasını idarə edən Narek Karapetyan qurultayda Ermənistan konstitusiyasının 148-ci maddəsinə istinad edərək bunun mümkünlüyünı işarə edib:

“Konstitusiyamızda ölkənin baş nazirinin kim olacağını müəyyən edən 148-ci maddə var - bu, Konstitusiya islahatları ilə deyil, Milli Məclisdə səsvermə ilə dəyişdirilir”, - deyə Narek Karapetyan bildirib. 

Qeyd edək ki, həmin maddəyə görə, Ermənistan Konstitusiyasının 148-ci maddəsi Baş nazirin Milli Məclis tərəfindən seçilməsi prosedurunu müəyyən edir.

Lakin bu maddə referendum olmadan, Milli Məclis üzvlərinin 2/3 səs çoxluğu ilə dəyişdirilə  bilər.

Narek Karapetyan da seçkilərdə parlamentdə çoxluğu qazanacaqlarına və sözügedən prosedurdan istifadə edərək konstitusiyanın tələbini dəyişərək Samvel Karapetyanı baş nazir seçəcəklərinə eyham vurur.

Lakin Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qələbə şansı yüksək olduğundan Samvel Karapetyanın baş nazir kürsüsünə əyləşməsi real görünmür. 

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr