AZ

Klinikanı tərk etdi

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mirça Luçeskunun səhhəti ilə bağlı yeni xəbər yayılıb."Football-plus.az" xəbər verir ki, Rumıniya yığmasının baş məşqçisi xəstəxanadan evə buraxılıb. Xatırladaq ki, Luçesku yanvarın sonunda səhhətində yaranan problemlər və ürəklə bağlı narahatlıqlar səbəbindən Rumıniyada təcili şəkildə xəstəxanaya yerləşdirilmişdi. 80 yaşlı mütəxəssis fevralın 9-da geniş tibbi müayinədən keçib. Aparılan analizlərin nəticələri müsbət olub və Luçeskunun xəstəxanadan buraxılmasına icazə verilib.Luçesku yaxın günlərdə işinə qayıdacaq və milli komandanın DÇ-2026-nın seçmə mərhələsinin Türkiyə yığmasına qarşı keçiriləcək pley-off oyununun hazırlıqlarını davam etdirəcək. Matç martın 26-na təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
1
icma.az

2Mənbələr