AZ

Tacir Şahmalıoğlu Aşiq Namiqi hədələdi: "Cavab verəcəksən"

"Aşiq Namiq başından böyük danışıb. Öz həddini son dərəcə aşıb. Mən bu işi belə qoymayacam. O mənə cavab verəcək".

News365.az xəbər verir ki, bu sözləri Tacir Şahmalıoğlu deyib. Aşığın sözlərindən hiddətlənən müğənni onu hədələyib:

"Aşıq Namiq bilib-bilmədən ağzına gələni danışıb. Mən sadəcə olaraq efirdə saza edilən müdaxilələri bəyənmədiymi demişəm. Dədə babadan sazın 72 havası olub ona əlavə nəsə etməyin, arientalla callaşdırmağın bu sənətə uyğun olmadığını bildirmişəm. Kiminsə şəxsiyyəti təhqir etməmişəm. Bu aşıq da çıxıb guya mənə cavab verib. Amma bütün sərhədləri aşıb, məni təhqir edib. Mənə böhtan atıb. Burdan ona deyirəm ki, həyatda kişinin başına çox iş gələ bilər. Kişi döyər də, döyülər də, həbsə də düşər heç kim belə şeylərdən sığortalanmayıb. Amma sən durub mənə böhtan atırsan. Onsuz da bu böhtan mənə yapışmayacaq xalqımız səni də məni də tanıyır. Məni hələ heç bir toyda döyməyiblər. Bir nəfər çıxsın bunu desin və sübut eləsin ona nə istəsə verim.  Məni məcbur eləmə ki, sənin haqqında bildiklərimi danışım. O təcavüz məsələsini filan... Sənsə mənə böhtan atmaqdan başqa hecnə edə bilməzsən. Sən başından çox böyük sözlər danışmısan bığ söhbətini etmisən buna görə cavab verəcəksən mütləq". 

Qeyd edək ki, Aşiq Namiq Tacir Şahmalıoğlu haqqında bunları demişdi:

  "Nə qədər sənətkar xanəndələrimiz var ki, dövlət tədbirlərində, beynəlxalq səviyyəli mərasimlərdə iştirak edirlər. Sən hansında olmusan? Moskvaya gedib kafedə oxumusan. Vaxtilə erməni mahnısı da oxumusan. Toyda bığını qırxıblar".


Seçilən
3
news365.az

1Mənbələr