AZ

Sumqayıt hücumçu transfer etdi

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Sumqayıt" hücumçu transfer etdi

“Sumqayıt”  2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq Trnava “Spartak”ında çıxış etmiş hücumçu Sedrik Badolonu heyətə cəlb edilib. Burkina Faso millisinin üzvü ilə 2026/27 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.

Qeyd edək ki, 26 yaşlı Sedrik Badolo karyerası ərzində “Spartak” ilə yanaşı vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
7
qol.az

10Mənbələr