AZ

Sarayda yol kənarında parklanmış yük maşınları hərəkətə mane olur: Yol daralır, əziyyət çəkirik

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunun Saray qəsəbəsində yük avtomobillərinin yol kənarında park edilməsi digər hərəkət iştirakçıları üçün problem yaradır.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qəsəbənin Məhəmməd Əsədov küçəsində yük avtomobillərinin yol kənarında park edilməsindən narazılıq edən sürücü bildirib ki, ərazidə dayanma-durmanı qadağan edən müvafiq nişanlara və təhlükəsiz şəhər kamerasının (TŞK) quraşdırılmasına ehtiyac var.

"Yol daralır, hamımız əziyyət çəkirik", - deyə sürücü bildirib.

Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərli bildirib ki, qeyd olunan küçədə nəqliyyat vasitələrinin hərəkəti ərazidə quraşdırılmış müvafiq yol nişanları və digər nizamlama vasitələri ilə tənzimlənir.

"Sözügedən ərazidə yol polisi əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı qanunvericiliyə uyğun tədbirlər görülür. Həmin istiqamətdə profilaktik tədbirlərin daha da gücləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bununla yanaşı, qeyd edilən yolayrıcında hərəkətin təşkilinin təkmilləşdirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə monitorinqlər aparılır", - deyə C.Qənbərli vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
100
oxu.az

1Mənbələr