AZ

Azərbaycanda kapital bazarının gücləndiirlməsi üzrə işlər müzakirə olundu

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) 2025-ci ilin yekunları vəkapital bazarlarının gücləndirilməsi ilə bağlı görüləcək işlərmüzakirə olunub.

Trend xəbər verirki, bu barədə AMB sədri Taleh Kazımov öz rəsmi "X" sosial şəbəkəhesabında yazıb.

"Mərkəzi Bankda Azərbaycan Kapital Bazarları Assosiasiyası(AKBA), Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) vəinvestisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşümüz oldu. Görüşçərçivəsində 2025-ci ilin yekunları üzrə kapital bazarlarındamüşahidə olunan meyillər, sektorun inkişafına təsir edən əsasamillər və bazar infrastrukturunun gücləndirilməsi ilə bağlıməsələləri müzakirə etdik.

Bu zaman kapital bazarlarının davamlı inkişafı, investisiyaşirkətlərinin maliyyə dayanıqlılığının artırılması, investorhüquqlarının qorunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsiistiqamətində görüləcək işlərdən danışdıq", -deyə sədr yazıb.

Onun sözlərinə görə, görüşdə həm də mövcud qanunvericilikbazasının təkmilləşdirilməsi, həmçinin kapital bazarlarınıninkişafının dəstəklənməsinə yönəlmiş təşəbbüslər barədə fikirmübadiləsi aparılıb.

Seçilən
156
5
az.trend.az

6Mənbələr