Əməkdar artist Könül Kərimova hazırlaşdığı solo konsertindən danışıb.
Publika.az xəbər verir ki, müğənni "Günə bax" proqramında bunun üçün həyat tərzini dəyişdiyini deyib.
O bildirib ki, prodüser Asif Kərimli ona qadağalar qoyub: "Rahatam, çox yaxşıyam. Yanımda yaxşı insanlar var. Bilirik ki, hər şey çox yaxşı olacaq. İfamla çalışacağam ki, hamının etimadını doğruldum. Nəvəm gəldi, istədim qucaqlayıb öpüm. Qoymadılar. Qripə yoluxa bilərəm".