AZ

Hakan Fidandan şok İran açıqlaması: ABŞ buna hazırdır

ain.az, Olke.az portalına istinadən məlumat verir.

ABŞ və İran nüvə sazişi əldə etmək üçün güzəştə getməyə hazır görünürlər. 

Ölkə.az  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Financial Times"ə müsahibəsində deyib.

Nazir Fidan daha sonra əlavə edib: “Lakin, qorxuram ki, ABŞ bütün məsələləri (İranın raket imkanları və silahlı qruplara dəstək) eyni vaxtda həll etməkdə israr edərsə, hətta nüvə məsələsi də dayanacaq. Nəticədə regionda yeni bir müharibə başlaya bilər. Vaşinqton İranın bütün uran zənginləşdirmə fəaliyyətlərini dayandırması ilə bağlı fundamental tələbində çevik olmağa hazırdır”.

Hakan Fidan qeyd edib ki, Tehran həqiqətən də real bir razılığa gəlmək istəyir. “Düşünürəm ki, o , 2015-ci ildə ABŞ və digər dünya gücləri ilə imzaladığı müqavilədə olduğu kimi, zənginləşdirmə səviyyələrinə məhdudiyyətlər və ciddi monitorinq rejimi qəbul edəcək. Amerikalıların İranın uran zənginləşdirilməsinə aydın şəkildə müəyyən edilmiş limitlər daxilində dözməyə hazır görünməsi müsbət bir inkişafdır”.

Hakan Fidan onu da bildirib ki, iranlılar indi amerikalılarla razılığa gəlməli olduqlarını qəbul edirlər və amerikalılar iranlıların müəyyən məhdudiyyətləri olduğunu başa düşürlər: Onları məcbur etməyə çalışmaq mənasızdır”.

Hakan Fidan ABŞ və İran arasında potensial müharibənin qarşısının alınması  və gərginliyin azaldılması məqsədi ilə vasitəçilik səylərini davam etdirdiklərini də qeyd edib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
77
3
olke.az

4Mənbələr