AZ

"Milan"dan "Bornmut"a - RƏSMİ

"Bornmut" mövsümün əvvəlində "Milan"dan icarəyə götürdüyü Aleks Ximeneslə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, komanda ispaniyalı sağ cinah müdafiəçisini birdəfəlik transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı oyunçu ilə 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Premyer Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 18,5 milyon avro ödəyib.

Qeyd edək ki, Aleks bu mövsüm "Bornmut"la meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Barsa"nın müdafiəçisi "Liverpul"un radarında

Messi "Barselona" ilə matçda ZƏDƏLƏNİB

Hansı oyun, hansı kanalda? - TV AFİŞA

“Fənərbaxça”nın rəqibi baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

“Fənərbaxça” rəsmisi: “Biz bunu təhqir kimi qəbul etdik”

Seçilən
24
2
apasport.az

3Mənbələr