AZ

"Zirə" Eren Aydın məsələsinə aydınlıq gətirdi

BAKI, 12 fevral. TELEQRAF

“Zirə” yeni transferi Eren Aydınla son klubu Ukraynanın “Veres” təmsilçisi arasında yaranmış qalmaqala münasibət bildirib.

Paytaxt təmsilçisindən Teleqraf-a verilən açıqlamada türkiyəli futbolçunun "transfer prosesi"nin hüquqi tərəflərinə aydınlıq gətirilib.

Bildirilib ki, 23 yaşlı hücumçu fevralın 3-də əvvəlki klubu ilə müqaviləsinə birtərəfli qaydada xitam verib. Bundan sonra meneceri tərəfindən sərbəst agent kimi təqdim olunan futbolçu ilə rəsmi müqavilə imzalanıb.

Həmçinin qeyd olunub ki, Aydın hələlik çempionat oyunları üçün sifariş edilməsə də, sənədləşmə prosesi yaxın günlərdə yekunlaşacaq.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Eren Aydın 2025-ci ilin payızından etibarən Ukrayna klubunda çıxış edirdi. “Zirə” bir neçə gün əvvəl oyunçu ilə müqavilə bağladığını rəsmən elan edib.

Onu da qeyd edək ki, Peşəkar Futbol Liqasının Əsasnaməsinə əsasən, azad agent statusu daşıyan oyunçuların son qeydiyyat tarixi martın 31-dir.

Seçilən
42
teleqraf.com

1Mənbələr