AZ

“Li L9 Ultra” avtomobili sahibini tapdı

Sərfəli mobil operator “Nar”ın böyük maraq və həyəcanla izlənilən “Çoox Şanslı” stimullaşdırıcı lotereyası möhtəşəm final mərhələsi ilə yekunlaşıb.Metbuat.az xəbər verir ki, lotereyanın final tədbiri tamaşaçıların iştirakı ilə xüsusi şou proqram formatında keçirilib. Final mərhələsində lotereyanın ən böyük və ən dəyərli hədiyyəsi olan Li L9 Ultra” avtomobilinin sahibi Vüqar Hümmətov olub. “Nar” qalibi təbrik edərək onaavtomobilin açarını təqdim edib.Beləliklə, ötən ilin oktyabr ayında start götürən “Çoox Şanslı” lotereyası çərçivəsində oynanılan bütün hədiyyələr sahiblərini tapıb. Lotereya müddətində ümumilikdə 77 ədəd “Xiaomi Redmi Note 14 Pro” smartfonu, 11 ədəd “Haval H6 Ultra” avtomobili, eləcə də böyük final hədiyyəsi olan Li L9 Ultra” avtomobili qaliblərə təqdim olunub.Qeyd edək ki, “Çoox Şanslı” lotereyası “Nar”ın abunəçilərinə əlavə dəyər yaratmaq, onların gündəlik həyatına sevinc qatmaq məqsədi ilə həyata keçirilib və lotereya boyunca abunəçilər tərəfindən yüksək maraqla qarşılanıb.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Narson 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSimtexnologiyası təqdim edir.

Seçilən
11
8
metbuat.az

10Mənbələr