AZ

Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərlənib, 11 yaşlı uşaq ölüb

Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb

Far.Az apa-ya istinadən xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.

Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saaat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.

İlkin məlumata görə, ailənin zəhərlənməsinə səbəb konservləşdirlmiş tərəvəz məhsulu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
28
far.az

10Mənbələr