AZ

Moskva öz ssenarisini işə salır - Samvel Karapetyan Ermənistanın baş naziri olacaq?

Rusiyalı biznesmen Samvel Karapetyan yaxın zamanda yaratdığı “Güclü Ermənistan” (Strong Armenia) partiyasından Ermənistanın baş naziri postuna namizəd göstərilib.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Qeyd edək ki, Moskvanın adamı hesab edilən Karapetyan 2025-ci ilin iyun ayında həbs edilib. İş adamına qarşı "vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması" ittihamı ilə cinayət işi açılıb. 2025-ci ilin dekabr ayının sonlarında o, ev dustaqlığına buraxılıb.

Samvel Karapetyan Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın əsas rəqibi sayılır.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.

Bu proseslərin arxasında Moskva faktorunu görməmək mümkün deyil. Rusiya uzun illərdir postsovet məkanında biznesmen-siyasətçi modelinə üstünlük verir. Böyük kapital, media və sosial şəbəkələr üzərində nəzarət Kremlin sevdiyi formuldur. Gürcüstanda Bidzina İvanişvili, Çexiyada Andrej Babiş kimi nümunələr bunu açıq göstərib. Ermənistan üçün də oxşar ssenari cəlbedici görünür.

Əslində, Moskvanın Ermənistanda “öz adamını” önə çıxarmaq cəhdi yeni deyil. Bir müddət əvvəl bu rol üçün əsas fiqur Ruben Vardanyan idi. Onun Qarabağa gətirilməsi, “dövlət naziri” postuna yerləşdirilməsi məhz bu strategiyanın tərkib hissəsi idi. Lakin Vardanyanın Azərbaycan tərəfindən saxlanılması bu planı faktiki olaraq iflasa uğratdı. Bundan sonra Kremlin diqqətinin Karapetyana yönəlməsi bir çox analitik tərəfindən “ikinci cəhd” kimi qiymətləndirilir.

Bizim.Media

Seçilən
5
1
bizim.media

2Mənbələr