AZ

“Qalatasaray” stadionunu yeniləyəcək

“Qalatasaray” ev oyunlarını keçirdiyi “Rams Park” stadionunda yeniliklər həyata keçirəcək.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi arenanın azarkeş tutumunu artıracaq.

Hazırda “Rams Park” 53 min 978 nəfərlik azarkeş tutumuna malikdir. Bu sayın 60-65 min nəfərə yüksəldilməsi nəzərdə tutulub. Artıq klub stadionla bağlı planlamaları edib.

Qeyd olunub ki, stadionun azarkeş tutumu heç bir tikinti işi aparılmadan artırılacaq. “Qalatasaray” bunu tribunalardakı oturacaqların ara məsafələrini azaltmaqla edəcək.

Seçilən
3
1
msport.az

2Mənbələr