Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 487 milyon manat təşkil edib.
"AzPolitika" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azdır.
Bununla belə, gömrük daxilolmaları proqnozdan 0,4 % çox icra edilib.
Xatırladaq ki, bu il DGK büdcəyə 6,682 milyard manat vəsait köçürməlidir. Beləliklə, 1 ay ərzində həmin məbləğin 7,35 %-i təmin olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.