"Sumqayıt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Burkina-Fasodan olan hücumameyilli yarımmüdafiəçi Sedrik Badolonun transferini açıqlayıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu sonuncu dəfə Slovakiyanın "Spartak Trnava" klubunda forma geyinib.